“Şahdəniz” yatağından əldə edilən gəlir açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin əvvəlindən bu il yanvarın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 442,085 milyon dollar gəlir əldə edib.
Yerveinsan.az Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,4 dəfə azalaraq 132,482 milyon dollar təşkil edib.