Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilib

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.

Nazirlər Kabinetindən  bildirilib ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.

Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.