“Qarabağ”ın ilk oyununun hakimləri açıqlanıb

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə ilk matçının təyinatları açıqlanıb. 

İyulun 10-da səfərdə baş tutacaq qarşılaşma islandiyalı hakimlər briqadasına həvalə edilib. 

Tiranada "Selman Stermasi" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

 
Baş hakim: Horvaldur Arnason
Baş hakimin köməkçiləri: Yohann Qunnar Qudmundsson, Andri Viqfusson
Dördüncü hakim: Petur Qudmundsson (hamısı İslandiya)
UEFA nümayəndəsi: Konrad Plautz (Avstriya)
Hakim-inspektor: Tammo Beishuizen (Hollandiya)