Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı (AMB) 22 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat təşkil edib.
Manata nəzərən avronun məzənnəsi isə 1.7708 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0477 manat, 100 Rusiya rublu 1.7061 manat olub.