Futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edildilər
AFFA İntizam Komitəsi 4 futbolçunu danışılmış oyunlarda iştirak etdiyinə görə cəzalandırıb.
Yerveinsan.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasında son klubu “Şamaxı” Adil Nağıyev, eləcə də I Liqa təmsilçisi “Mingəçevir”də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul olunub.