Cüdoçumuz Parisdə himnimizi səsləndirdi

Cüdoçumuz Parisdə himnimizi səsləndirdi.

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə 2 medal qazanıblar.

Kişilər arasında 66 kiloqram çəki dərəcəsində Ruslan Paşayev finalda Fransa təmsilçisi Daikii Boubanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Rəşad Yelkiyev 5-ci yerlə kifayətlənib.

73 kiloqram çəki dərəcəsində isə Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə portuqaliyalı Otari Kvantidzeyə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan fevralın 2-dək davam edəcək yarışda 10 cüdoçu ilə təmsil olunur.