Dövlət Xidmətinin rəisi Şirvanda vətəndaşlarla görüşəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov fevralın 21-də saat 10:00-da Şirvan Gənclər Evində Şirvan, Hacıqabul, Salyan, Neftçala şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Dövlət Xidmətindən  verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların fevralın 17-dək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.