İranın daxili işlər naziri Azərbaycana gəlib
İranın daxili işlər naziri Eskəndər Momeni bu gün Azərbaycana gəlib.
İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan daxili işlər naziri Vilayət Eyvazovun dəvəti ilə baş tutan rəsmi səfər çərçivəsində iranlı nazir bir sıra görüşlər keçirəcək və ikitərəfli əməkdaşlığın, o cümlədən təhlükəsizlik və sərhəd münasibətlərinin inkişaf etdirilməsi haqda danışıqlar aparacaq.
Səfərdə iranlı naziri İranın Fövqəladə Hallar Təşkilatının sədri Hüseyn Sacediniya, Ərdəbil valisi Məsud İmami Yeganə, Gilan vilayəti Hadi Haqşenas, Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Yaqub Rezazadə, daxili işlər nazirinin müşaviri Həmid Xacenejad və daxili işlər nazirinin müşaviri Mehdi Cavahiri müşayiət edir.
Qeyd edək ki, ötən ay Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkə rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib. Səfər çərçivəsində İran prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və digər rəsmilərlə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.//Trend

