Azərbaycan karateçiləri 52-ci Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək 52-ci Avropa çempionatında iştirak edəcəklər.

Karate Federasiyasından bildiriblər ki, ölkəmizi turnirdə 28 idmançı təmsil edəcək. Onlar baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi ilə kumite və kata növlərində mübarizə aparacaqlar.

Bundan başqa, Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.

Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.