Azərbaycanın qadın taekvondoçusu Türkiyə Açıq turnirində bürünc medal qazanıb

Azərbaycanın qadın taekvondoçusu Minayə Əkbərova Antalya şəhərində keçirilən Türkiyə Açıq beynəlxalq turnirində uğurla çıxış edib.
Taekvondo Federasiyasından verilən məlumata görə, 46 kiloqram çəki dərəcəsində çıxış edən idmançı fəxri kürsüyə qalxıb.
M.Əkbərova G-2 kateqoriyalı turnirdə bürünc medal qazanıb.