Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

Fevralın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun 61-ci Münxen Təhlükəsizlik Konfransında iştirakı, habelə yüksəksəviyyəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.