Cəlilabad rayonunda zəlzələ qeydə alınıb
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 18:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin ocağı 26 kilometr dərinlikdə yerləşib.

