Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak ediblər

Martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər.
Sonra videobağlantı formatında İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.