İqdır-Naxçıvan qaz kəməri enerji sahəsində daha öncəki strateji təşəbbüslərimizi tamamlayacaq - Ərdoğan

İqdır-Naxçıvan qaz kəməri bizim enerji sahəsində əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında deyib.

"Bu gün biz ölkəmizə Naxçıvanın enerji təhlükəsizliyinə uzun illər zəmanət verəcək bir layihə gətiririk. Biz bundan sonra regional sülhə, firavanlığa və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik", - o bildirib.