Energetika naziri Saatlıda vətəndaşlarla görüşüb

Energetika naziri Pərviz Şahbazov martın 7-də Saatlıda vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, qurumun aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların elektrik enerjisi təchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi, transformatorun istismar vəziyyəti, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşdə Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvar rayonlarından olan vətəndaşlar iştirak edib.