Ceyhun Bayramov Ciddədə İƏT XİN Şurasının fövqəladə iclasında iştirak edəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 mart 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirakı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.