Bu il yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə 4 milyard manatlıq dövriyyə qeydə alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, indiyədək ölkə ərazisində 104 min 995 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan, yaxud 9,7 faizdən çox artım deməkdir.