Azərbaycan və Qazaxıstan XİN-ləri arasında 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2026-cı illər üçün Tədbirlər Planı imzalanıb.

Bununla bağlı Azərbaycan XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

Məlumata əsasən, sənədi Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu imzalayıblar.