“O, caz-muğam kralıdır!” adlı videoçarx hazırlandı

Vaqif Mustafazadənin yubileyinə həsr olunmuş
“O, caz-muğam kralıdır!” adlı videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XX əsrin parlaq caz pianoçusu Vaqif Mustafazadə haqqında videoçarx hazırlandı.
Videoçarxda Azərbaycan caz musiqisinin banisi, Azərbaycan caz-muğam hərəkatının memarı Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilir.
Ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin V.Mustafazadə haqqında maraqlı fikirləri yer alır: İsveç, Polşa və ABŞ-da yaşayan XX əsrin məşhur cazmenlərinin, habelə xalq artistləri Rauf Hacıyevin və Rafiq Babayevin, Xalq yazıçısı Anarın Vaqif Mustafazadə haqqında söylədiyi qiymətli fikirlər izləyicilərə təqdim edilir.
Tanınmış caz ifaçısının təltifləri və xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat verilib.
Videoçarx aşağıdakı keçiddə kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur: