Bakıda obyektdə baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Nazirlikdən  verilən məlumata görə, yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.