Qusarda zəlzələ olub

Qusarda zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 00:07-də qeydə alınan zəlzələ 3,4 maqnitudalı olub. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Qeydə alınmış zəlzələnin ocağı Yerin 8 km dərinliyində olub.