"İmperativ" elmi - nəzəri jurnalı dövri elmi nəşrlər siyahısına daxil edilib
"İmperativ" elmi - nəzəri jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib.
Jurnalın təsisçisi və baş redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirovdur.
Jurnal siyasi elmlər bölməsində qeydə alınıb.
Jurnalda əsasən siyasi elmlərin müxtəlif sahələri üzrə praktiki və nəzəri məqalələr dərc edilir.
"İmperativ" elmi - nəzəri jurnalında məqalə dərc etmək arzusunda olan şəxslər rəsmi veb-səhifədə şərtlərlə tanış ola bilərlər (https://imperativ.org)
Jurnala Beynəlxalq Standart Seriya Nömrəsi (P-ISSN: 3107-2070, E-ISSN: 3107-208) ilə bağlı sertifikat verilib. Jurnalda dərc edilən hər bir məqalə üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI: 10.30546/19063) alınıb.
Məqalələr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər"ə uyğun təqdim edilməlidir.

