Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Baş nazirin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə Yaqub Abdulla oğlu Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.