Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edib
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

