Çempionlar Liqası: “Qarabağ” bu gün “Çelsi” ilə qarşılaşacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

