İranın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb

Ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 8-də Şəhidlər xiyabanını ziyarət edib.

Nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.