Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Serbiyanın Cənubi-Banat dairəsində blutanq xəstəliyi və Litvanın Mariyampol qəzasında, Niderlandın Overeysel, Cənubi Hollandiya, Qroninqen, Limburq əyalətlərində, İraqın Ənbar əyalətində, İrlandiyanın Kavan kantonunda, Hindistanın Uttar-Pradeş, Uttarakxand ştatlarında, Fransanın İl-de-Frans regionunda, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kayman Adalarının Vest Bey şəhərində, Qvatemalanın San Marcos inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

