Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb
8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər.

