"Qarabağ" bu gün "Ayaks"la qarşılaşacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

Təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 21-də doğma meydanda "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb. Turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.