Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb

Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənverilən məlumata görə, səfər çərçivəsində dekabrın 11-də Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

Həmçinin Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.