Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə  fondun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.