İtkin düşmüş hesab edilən balıqçıların axtarışı davam etdirilir

9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, xtarışları davam etdirilir.

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, dekabrın 10-da Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

 Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.