Mərkəzi Bank tərəfindən 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat açıqlanıb

25 dekabr 2025-ci il, Bakı: Mərkəzi Bank tərəfindən 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat geniş ictimaiyyətə açıqlanıb. Bəyanat Mərkəzi Bankın rəsmi veb-səhifəsində və "Azərbaycan" qəzetində dərc olunub.

Bəyanatda qeyd olunub ki, 2026-cı ildә dә Mәrkәzi Bankın pul siyasәtinin başlıca məqsədi inflyasiyanın hәdәf diapazonunda (4±2%) saxlanılması olacaqdır. Bu mәqsәdlә qәrarların makroiqtisadi proqnozlar әsasında verilәcәyi, inflyasiyanın tәlәbyönümlü vә tәklifyönümlü risk amillәrinin daim diqqәtdә saxlanılacağı bildirilib. Pul siyasәtinin inflyasiyaya tәsir potensialının artırılması istiqamәtindә islahatların davam etdirilәcәyi qeyd olunub.

2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı nəzərdən keçirmək üçün bu linkə daxil olun:

https://uploads.cbar.az/assets/521d17286745f67340f255581.pdf