İdmançı Təbriz Səfərov diskvalifikasiya edilib

Azərbaycanın qol güləşi üzrə idmançısı Təbriz Səfərov diskvalifikasiya edilib.

Azərbaycan Milli Antidopinq Agentliyindən bildirilib ki, idmançının dopinq testində qadağan edilmiş maddənin mövcudluğu və istifadəsi aşkarlanıb.

O, antidopinq qaydalarını pozduğuna görə 24 ay müddətinə diskvalifikasiya olunub.