“Liverpul” - “Qarabağ” oyunu üçün biletlər satışa çıxarılır
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) - “Qarabağ” FK matçını “Anfield”də izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılır.
“Qarabağ”ın Mətbuat xidmətindən verilən mlumata görə, vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən satışda olacaq.
Bildirilib ki, biletlərin qiyməti 115 AZN təşkil edir. Azarkeşlərimiz üçün “Anfield”də 1 250 yer ayrılıb.
“Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Xahiş və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin olun — biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək. Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası (148.5 x 210 mm) ilə girişə icazə verilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, “Liverpul" – “Qarabağ" oyunu yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.

