AZƏRBAYCAN CÜDOÇULARI BEYNƏLXALQ TURNİRDƏ 7 MEDAL ƏLDƏ EDİBLƏR

Belçikanın Vise şəhərində cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib. İdmançılarımızdan Murad Muradlı (60 kq) və Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (73 kq) və Zelim Tçkayev (90 kq) gümüş, Fərid Qarayev (60 kq), Kamran Süleymanov (73 kq) və Ramazan Əhmədov (+100 kq) isə bürünc medal qazanıblar.