Azərbaycanlı alimin əsərləri dünyanın nüfuzlu kitabxanalarında
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, filosof-alim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, Multikulturalizm və Azərbaycançılıq şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın əsərləri dünya kitabxanalarının elektron katoloqlarında yerləşdirilib.
Tanınmış alim Xatirə Quliyeva uzun illər ərzində böyük elmi işlər görmüş, bir sıra monoqrafiyalar yazmış və kitablar tərtib etmişdir. X.Quliyevanın əsərləri dünya miqyasında tanınan nüfuzlu kitabxanaların elektron kataloqlarında – ABŞ Konqres Kitabxanası, Princeton Universitetinin Kitabxanası, Polşanın Milli Kitabxanası və digər ölkələrin kitabxanalarda mövcuddur.
Görkəmli Azərbaycan alimi Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyaları və onun tərtib etdiyi “İdentiklik – multikulturalizm – dialoq fəlsəfəsi” kitabı da ABŞ-ın Konqres Kitabxanasının, ABŞ Princeton Universitet kitabxanasında və Polşanın (İSNİ) Milli Kitabxanasının və digər dünya kitabxanalarının elektron kataloqlarındadır.
Bundan başqa, alimimizin elmi fəaliyyətini və bir neçə əsərini çoxsaylı məşhur alim adlarını tanıyan VİAF-da (Virtual Beynəlxalq Səlahiyyət Xidməti) yerləşdirib. Qürurvericidir ki, filosof-alimimizin sözügedən əsərləri dünyanın minlərlə kitabxanası tərəfindən birgə istifadə edilən nəhəng, qeyri-kommersiya məqsədli onlayn kitabxana xidməti və tədqiqat təşkilatı – OCLC-in Onlayn Kompüter Kitabxana Mərkəzinin, ABŞ-ın Konqres Kitabxanasının və digər məşhur kitabxanaların elektron kataloqlarında yerləşdirmişdir.
Əsərləri aşağıdakı elektron kataloqlarda izləmək olar:
https://share.google/JTN8Jz22yrEjIM7v8
https://search.catalog.loc.gov/instances/0f23be95-ae4e-59bf-a21d-73209847a1ee?option=author&pageNumber=1&query=Quliyeva%2C%20Xatira%CC%88&recordsPerPage=25
https://catalog.princeton.edu/catalog?clause[0][field]=in_series&c
https://viaf.org/en/processed/PLWABN%257C9815028296605606
https://viaf.org/en/viaf/70862519

