Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə aprelin 27-si saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelin 30-u saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.