“Dundalk”ın baş məşqçisi: “Qarabağ”a azarkeşlik edəcəyəm

Biz qələbə qazanacağımıza ümid edirdik. Rəqibimiz bizdən üstün idi. “Qarabağ” son 7 ildə görüşdüyümüz ən güclü kollektivdir.

Bu fikirləri İrlandiyanın “Dundalk” komandasının baş məşqçisi Vinni Pert Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a 0:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

O deyib: “Qarabağ” topa sahib oldu. Bu gün güclü olan qələbə qazandı. Komandamdan razıyam. Rəqibə hörmət edirik. Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Ümumiyyətlə, biz oyunlarımızı 17-18 dərəcə temperaturda keçiririk. Bunun səbəb kimi göstərmək istəmirəm. Rəqib çox güclü idi. Topla oynamağa icazə vermədilər. Səhvlərimiz də oldu və onlar yararlandılar”.

Məşqçi növbəti mərhələdə "Qarabağ"a azarkeşlik edəcəyini söyləyib: "Qarabağ" favoritdir. Düşünürəm ki, sonrakı mərhələni də keçəcəklər".