Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qarşılayıb

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassisi qarşılayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və İsveçrə arasında ikitərəfli gündəlik, regional və beynəlxalq proseslər, eləcə də ATƏT çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.