ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.

ADSEA sədri Zaur Mikayılovun sentyabrın 25-də Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi sentyabrın 29-na dəyişdirilib.

Qeyd edək ki, vətəndaş qəbulu Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.