Bu günə olan rəsmi valyuta məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 3-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
AMB-nin məlumatına görə, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb.
Avronun məzənnəsi 1,9023 manat, 1 Türkiyə lirəsinin məzənnəsi 0,0340 manat, 100 Rusiya rublunun məzənnəsi isə 2,0943 manat təşkil edib.

