“Barselona” Fatini dünya çempionatına buraxmır

İspaniya Futbol Federasiyası “Barselona”nın 16 yaşlı futbolçusu Assamane Fatini gənclərdən ibarət milli komandaya çağırmaq niyyətindədir.

Artıq İspaniya vətəndaşlığı olan Qvineya-bisaulu oyunçu gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

 
Daha əvvəl Fatinin oktyabr-noyabr aylarında Braziliyada keçiriləcək U-17-lərin dünya çempionatına aparılacağı bildirilirdi. Lakin “Barselona”nın buna razılıq vermədiyi iddia edilir. Qeyd olunur ki, Kataloniya təmsilçisi “Real”la matç da daxil olmaqla Fatini La Liqa oyunlarında görmək istəyir.