"Qarabağ" APOEL-ə qarşı

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edəcək.

Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olacaq. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün revanş da sayıla bilər.

A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.

24 oktyabr

Avropa Liqası

A qrupu
 
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)