Türkiyə və Fransadan qələbə, Portuqaliya Avro-2020-də

Bu gün  Avro-2020-nin seçmə mərhələsində sonuncu tura start verilib.

10-cu turun ilk oyun günündə 3 qrupda 7 matç keçirilib.

 
B qrupunda Portuqaliya Lüksemburqa 2:0 hesabı ilə qalib gələrək Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

H qrupunda final mərhələsinə ötən turdan yüksələn Türkiyə millisi son turda Andorra ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Bu qrupda Fransa birinci, Türkiyə ikinci olub.

17 noyabr

A qrupu

21:00. Bolqarıstan - Çexiya - 1:0
Qol: Bozhikov, 56

21:00. Kosovo - İngiltərə - 0:4
Qollar: Uinks, 32, Keyn, 79, Reşford, 83, Mount, 90


 


B qrupu

18:00. Lüksemburq - Portuqaliya - 0:2
Qollar: Brunu Fernandeş, 39, Kriştiano Ronaldo, 86

18:00. Serbiya - Ukrayna - 2:2
Qollar: Duşan Tadiç, 9. Aleksandar Mitroviç, 56 - Roman Yaremçuk, 32. Artyom Besedin, 90+3


 

H qrupu

23:45. Albaniya - Fransa - 0:2
Qollar: Tolisso, 9, Qrizmann, 30

23:45. Andorra - Türkiyə - 0:2
Qollar: Enes Ünal, 17, 21-pen

23:45. Moldova - İslandiya - 1:2
Qollar: Byarnason, 17, Milinkeanu, 56 (1:1), Siqurdsson, 65 (1:2)