Nazirlər Kabineti Aparatına yeni rəhbər təyin edilib
Nazirlər Kabinetinin Aparatı rəhbəri vəzifəsinə təyinat olub.
Strategiya.az-ın Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

