Azərbaycanda 2020-ci il üçün ehtiyac meyarının həddi bu cür olacaq

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.