Qardaşından Giqqz haqda şok açıqlamalar

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Rayan Giqqz Uels millisini də uğura doğu aparır. Ancaq bir neçə il əvvəl etdiyi səhv onu rahat buraxmır.

46 yaşlı çalışdırıcının qardaşı Rodri Giggsin illər sonra verdiyi açıqlama Britaniya, eləcə də dünya mətbuatında gündəmi zəbt edib.

Rodri qardaşının ona həyat yoldaşı ilə xəyanət etməsi ilə bağlı ilk dəfə mətbuata danışıb. O, bu hadisədən sonra qardaşı ilə küsülü olduğunu deyib. Rodri anasının da Rayanın tərəfini tutduğunu və onunla danışmadığını bildirib:

“Çünki mənim 35 medalım yoxdur, “Mançester Yunayted”də 20 il oynamamışam və böyük bir evə sahib deyiləm. Sanki xəyanəti mən eləmişəm. 3 uşağım var. Biri 3, digəri 5 yaşından anamla danışmır. O biri 7-8 ildir anamı görmür.  Ailəmdən heç kimlə danışmıram. Amma hamısı Rayan ilə danışırlar. Onlar Uelsdə yaşayır, Rayanın hesabına gözəl həyat sürürlər. Onların sevdiyi budur”.