ÇL-də növbəti 1/8 finalçılar bəlli oldu

Bu gün Çempiolar Liqasının qrup mərhələsində sonuncu-6-cı turun oyunlarına start verilib.

İlk oyun günündə E, F, G, H qruplarında matçlar keçirilib. Görüşlərdən sonra  E qrupunu "Liverpul" 1-ci, "Napoli" 2-ci, F qrupunu "Barselona" 1-ci, Dortmund "Borussiya"sı 2-ci, G qrupunu "Leyptsiq" 1-ci, "Lion" 2-ci, H qrupunu "Valensiya" 1-ci, "Çelsi" 2-ci pillədə başa vuraraq növbəti mərhələyə yüksəlib.

10 dekabr


21:55. "Napoli" (İtaliya) - "Genk" (Belçika) - 4:0
Qollar: Milik, 3, 26, 38-pen, Mertens, 75-pen


21:55. "Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) - 0:2
Qollar: Keyta, 57, Salah, 58

 


F qrupu 

00:00. "İnter" (İtaliya) - "Barselona" (İspaniya) - 1:2
Qollar: Peres, 23 (0:1), Lukaku, 44 (1:1), Fati, 87 (1:2)


00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:1
Qollar: Sanço, 10 (1:0), Souçek, 43 (1:1), Brandt, 61 (2:1)


 

G qrupu

00:00. "Lion" (Fransa) - "Leyptsiq" (Almaniya) - 2:2
Qollar: Forsberq, 9-pen (0:1), Verner, 33-pen (0:2), Aouar, 50 (1:2), Depay, 82 (2:2)

 

00:00. "Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) - 3:0
Qollar: Servi, 47, Pizzi-pen, 58, Azmoun, 79-avtoqol


 

H qrupu

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:1
Qollar: Abraham, 19 (1:0), Aspiliketa, 35 (2:0), Remi, 78 (2:1)


00:00. "Ayaks" (Hollandiya) - "Valensiya" (İspaniya) - 0:1
Qol: Rodriqo, 24