Əli Əhmədov bu gün Azərbaycanı GUAM-da təmsil edəcək

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın sammiti keçiriləcək.

Ukrayna Baş naziri Aleksey Qonçaruk Azərbaycan, Moldova və Gürcüstan rəsmi nümayəndələrini qəbul edəcək.

 
Bu barədə Ukrayna Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbirdə təşkilat üzvləri arasında əməkdaşlığın iqtisadi inkişafı müzakirə ediləcək.